Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi yeni təhlükəsizlik sistemlərinin hazırlanmasını müzakirə edib

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi yeni təhlükəsizlik sistemlərinin hazırlanmasını müzakirə edib
# 14 oktyabr 2021 21:45 (UTC +04:00)

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin toplantısı olub.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən məlumatına görə, iclasda Türkiyə Silahlı Qüvvələri (TSK) və təhlükəsizlik bölmələrinin istifadə etdiyi yerli və milli sistemlərə yenilərinin əlavə edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, mətbuata qapalı keçirilən görüş təxminən iki saat yarım davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR