Türkiyədə daha 50 nəfər COVID-19-un qurbanına çevrilib

Türkiyədə daha 50 nəfər COVID-19-un qurbanına çevrilib
# 05 iyul 2021 04:07 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 50 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 216 252 nəfər test edilib, onların 4418-nin koronavirus testi pozitiv nəticə verib, 4161 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 684 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 924 nəfər ölüb.

Türkiyədə indiyədək 5 444 786 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 314 930 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR