Türkiyədə daha 55 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə daha 55 nəfər koronavirusdan həyatını itirib
# 03 iyul 2021 02:13 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 55 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 782 nəfər test edilib, onların 4891-nin koronavirus testi pozitiv nəticə verib, 5352 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 697 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 829 nəfər ölüb.

Türkiyədə indiyədək 5 435 831 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 305 856 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR