Türkiyədə daha 75 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə daha 75 nəfər koronavirusdan həyatını itirib
# 12 iyun 2021 20:46 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 75 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 758 nəfər test edilib, onların 6076-nın koronavirus testi pozitiv nəticə verib, 5112 nəfər sağalıb.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 668 nəfər ölüb.

Türkiyədə indiyədək 5 325 435 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 198 057 nəfəri müalicə  olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR