Türkiyənin Muğla vilayətində zəlzələ olub

Türkiyənin Muğla vilayətində zəlzələ olub
# 04 avqust 2021 13:28 (UTC +04:00)

Türkiyənin Muğla vilayətinin Datça bölgəsində 4,1 bal gücündə daha bir zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 09:00-da qeydə alındığını bildirib.

AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 7.04 kilometrlyində qeydə alınıb.

Episentri EGEY DƏNZİNİN Datça sahili olan ərazidə son günlər seysmoaktivlik artıb. Avqustun 1-də eyni məkanda 5,5 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, Muğlanın Marmaris, Köyceğiz, Kavaklıdere, Milas, Yılanlı ve Seydikemer rayonlarında yanğınlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR