Türkiyənin Rize bölgəsinə sel gəlib, ölənlər var - FOTO - YENİLƏNİB

Türkiyənin Rize bölgəsinə sel gəlib, ölənlər var - FOTO  - YENİLƏNİB
# 15 iyul 2021 09:00 (UTC +04:00)

Türkiyənin Rize bölgəsindəki sel zamanı 2 nəfər ölüb, 3 nəfər itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, itkinlərin araşdırılması davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum əraziyə gedərək araşdırma aparırlar.

***

Saat 01:17

Türkiyədə Rize bölgəsinin Muradiyyə və Ardeşen rayonuna sel gəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, dünəndən başlayan fasiləsiz leysan yağışlardan sonra çay daşqınları baş verib, sürüşmə və sel fəalkəti yaranıb.

100-ə yaxın kənd yolları bağlanıb, birinci mərtəbədə yerlşən yaşayış yerləri və zirzəmiləri su basıb, bəzi evlər uçub. Muradiyyədə 3 nəfər ev uçqunu altında qalıb, bir nəfəri sel aparıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurumun əraziyə getməsi üçün təlimat verib.

Hidrometeoroloqlar Rizədə sabah da yağntının olacağını proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR