Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub - FOTO

Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub - FOTO
# 22 sentyabr 2021 13:04 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Sergey Şefirə sui-qəsd cəhdi olub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə Kiyev yaxınlığındakı Lesniki kəndinin ətrafında baş verib.

Bildirilib ki, bu gün səhər S. Şefirin olduğu avtomobilə odlu silahdan 10 dəfə atəş açılıb.

Ukrayna polisinin məlumatına görə, hadisə zamanı S. Şefirin sürücüsü yaralanıb, özü isə xəsarət almayıb.

Sürücü reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR