Ukrayna Prezidentinin Gürcüstana səfəri başlayıb

Ukrayna Prezidentinin Gürcüstana səfəri başlayıb
# 19 iyul 2021 12:17 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın Batumi şəhərində səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin dəvəti ilə Gürcüstana səfər edən V. Zelenski Gürcüstan XİN tərəfindən təşkil edilmiş 17-ci Batumi Beynəlxalq Konfransında iştirak edəcək.

Qeyd edək ki, bu gün baş tutacaq konfransın əsas mövzusunun Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq çərçivəsində Ukrayna, Gürcüstan və Moldova arasında yenilənmiş əlaqələri olacağı bildirilib. Pandemiya səbəbi ilə hibrid formatda keçiriləcək tədbirdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR