Azərbaycan hərbi gəmi istehsal edəcək

Azərbaycan hərbi gəmi istehsal edəcək
# 09 may 2011 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “2013-cü ildən sonra Azərbaycanda Silahlı Qüvvələr üçün milli hərbi gəmilərin istehsalına başlanacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O, Bakıda Gəmi Tikinti Zavodunun inşa olunduğunu bildirib: “Hazırda zavod inşa olunur. Bu zavod müxtəlif mülki gəmilərlə yanaşı, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün tələb olunan hərbi gəmilərin istehsalını da həyata keçirəcək”.

Bu günə qədər ARDNŞ-in balansından Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün 5 ədəd “neft qaz” tipli gəmilərin verildiyini söyləyən R. Abdullayevin sözlərinə görə, bu gəmilər hətta okeanda belə iş qabiliyyətinə malikdir: “Həmin gəmilər ARDNŞ-in Gəmi Təmiri Zavodunda hərbçilərin istəyinə uyğun təmir olunub və istifadəyə verilib”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR