Bu ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gediblər.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.
***
saat 16:27
Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bu gün Rusiyanın Azərbaycandakı səfirliyində olublar.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
X. Xələfov və R. Tahirov Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin Naxçıvan istiqamətində vurulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı veriblər.