"Brent" neftinin qiyməti 67 dollardan aşağı düşüb

"Brent" neftinin qiyməti 67 dollardan aşağı düşüb
# 02 dekabr 2021 18:34 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 5,22% azalaraq 66,1 dollar/barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu, "OPEC+"ın 2022-ci ilin yanvarında neft hasilatının artım həcmini sutkada 400 min barel saxlamaq qərarı fonunda baş verib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 67 dollardan aşağı 23 avqust 2021-ci il tarixində olub.

WTI markalı xam neftin fyuçerslərinin dəyəri isə 4,34% azalaraq 62,78 dollar/barelə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR