Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 04 sentyabr 2021 10:40 (UTC +04:00)

Sentyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,21% – 35,369.09 bəndədək, S&P 500 indeksi 0,03% – 4,535.43 bəndədək enib, Nasdaq indeksi isə 0,21% – 15,363.52 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 3-də FTSE 100 indeksi 0,36% – 7,138.35 bəndədək, Fransanın CAC-40 indeksi 1,08% – 6,689.99 bəndədək, Almaniyanın DAX indeksi isə 0,37% – 15,781.20 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% artaraq 1 833,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% artaraq 1,1880 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR