Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 19 oktyabr 2021 09:08 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 84,42 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18% artaraq 81,84 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR