WTI neftinin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 70 dolları keçib

WTI neftinin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 70 dolları keçib
# 09 iyun 2021 10:10 (UTC +04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 70 dollar həddini keçib.

"APA-Economics"in məlumatına görə, hazırda birjada sözügedən markalı neftin qiyməti 70,45 dollar təşkil edir.

"Brent" neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri hazırda 72,57 dollara bərabərdir.

Xatırladaq ki, kotirovkaların bahalaşmasına ABŞ-da enerji mənbələrinə olan tələbatın gözlənilən artması səbəb olub. Bununla yanaşı, ABŞ-ın Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR