MN: Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir

MN: Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir
# 26 oktyabr 2020 12:00 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR