Müdafiə Nazirliyi Azərbaycana məxsus təyyarə və helikopterin vurulmasını təkzib edib

Müdafiə Nazirliyi Azərbaycana məxsus təyyarə və helikopterin vurulmasını təkzib edib
# 01 oktyabr 2020 12:10 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması yalandır.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR