Prokurorluq: “Ermənistanın növbəti dəfə raket atəşinə tutduğu Gəncədə zərərçəkmiş şəxslərin və dəymiş zərərin siyahısı dəqiqləşdirilir”

Prokurorluq: “Ermənistanın növbəti dəfə raket atəşinə tutduğu Gəncədə zərərçəkmiş şəxslərin və dəymiş zərərin siyahısı dəqiqləşdirilir”
# 17 oktyabr 2020 03:22 (UTC +04:00)

Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub.

Respublika Baş Prokurorluğundan APA-ya bildirilib ki, ilkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR