Türkiyə XİN Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib

Türkiyə XİN Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib
# 11 oktyabr 2020 16:12 (UTC +04:00)

Ermənistan ordusunun humanitar atəşkəsi pozaraq gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirməsini şiddətlə qınayırıq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Gəncəyə raket zərbələrinin endirilməsi Ermənistan hakimiyyətinin münaqişəni işğal altındakı Azərbaycan torpaqlarından kənara çıxarmağa yönəlmiş təxribatlarının yeni nümunəsidir.

Bəyanatda o da bildirilib ki, bu hücum eyni zamanda Ermənistanın qanunsuz işğalını davam etdirmək üçün beynəlxalq hüququ pozmaqdan çəkinmədiyini və atəşkəsə əməl etmədiyini göstərir: “Ermənistanın bu təcavüzkar hərəkətləri təəccüblü deyil, onun hər zamankı işğalçı və təcavüzkar zehniyyətini açıq əks etdirir. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, can Azərbaycana başsağlığı veririk. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR