ANAMA: Zəngilanda 3 milyon 530 min kv.m ərazi mina və PHS-dən təmizlənib

ANAMA: Zəngilanda 3 milyon 530 min kv.m ərazi mina və PHS-dən təmizlənib
# 29 aprel 2021 11:08 (UTC +04:00)

“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.

O, təmizləmə işlərinin davam etdiyini bildirib: “Zəngilanda hava limanının tikintisi ilə bağlı 68 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib. Ümumilikdə Zəngilanda 3 milyon 530 min kv.m ərazidə təmizləmə işləri aparılıb. Hazırda işlər davam edir”.

Qeyd edək ki, Zəngilan və Qubadlı rayonlarında ANAMA-nın apardığı təmizləmə əməliyyatlarını izləmək üçün mətbuat nümayəndələri bölgəyə səfər edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR