Albaniya Prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Albaniya Prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
# 23 oktyabr 2020 10:31 (UTC +04:00)

Səfir Anar Hüseynov Albaniya Prezidenti İlir Metaya etimadnaməsini təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Albaniya Prezidenti özünün rəsmi “Facebook” hesabında bildirib.

İ. Meta Albaniya və Azərbaycan arasında çox yaxşı siyasi münasibətlərin mövcud olduğunu qeyd edib.

O, ölkəsinin enerji, turizm və kənd təsərrüfatı sahələrində azərbaycanlı investorların daha çox fəallıq göstərmələrini arzuladığını vurğulayıb.

“Səfirlə görüşdə mən bir daha təsdiqlədim ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupun çərçivəsində sülh yolu ilə həll olunmasına ümid edir”, - deyə Albaniya Prezidenti qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR