Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib

Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib
# 30 oktyabr 2020 14:50 (UTC +04:00)

“Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, güclü sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib: “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi - həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycanın müraciəti cavablandırılacaq”. 

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR