Azərbaycan QHT-ləri Rusiya, ABŞ və Fransa prezidentlərinə müraciət edib

#
# 14:20
12 oktyabr 2020

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatı (QHT) Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi öldürülməsi faktı ilə bağlı Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Fransanın Prezidenti Emmanuel Makrona, həmçinin Rusiya, ABŞ və Fransa ictimaiyyətinə müraciət qəbul edib.

APA xəbər verir ki, müraciətdə 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakayan arasında üç tərəfli görüşün keçirildiyi xatırladılıb.

“Görüşdə 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunub.

Ancaq təəssüflər olsun ki, Ermənistan riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq, imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən  80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu.

Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9 mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Onlar arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib.

Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, konkret olaraq həmsədr ölkələri kimi sizin mövqeyinizi və çağırışınızı heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz sizə və sizin ölkələrin vətəndaş cəmiyyəti institutlarına müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq”.

 

 

1. "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm Hidayət,

2. "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur Tofiq

3. "Aran" uşaqların sağlam gələcəyi ictimai birliyi, Hüseynov İbrahim Qüdrət oğlu

4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət Umud qızı

5. "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad Soltan oğlu

6. «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər Mürtəza oğlu

7. "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə

8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən Nəhməd qızı

9. "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə Ağabala

10. "SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” ictimai birliyi, Hüseynov Rəşad Fərəməz oğlu

11. "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq Əhmədağa

12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar Yaşar qızı

13. Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı

14. “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şükufə Rəşid qızı

15. "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman Bəndər

16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif Vaqif

17. "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün Kamil qızı

18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam Akif oğlu

19. "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə Nizami

20. "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq Nəcəf

21. "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət Turab

22. "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə Xanış

23. "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz

24. "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad Oktay

25. "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə Süleyman

26. "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban Nəriman

27. "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural Fariz

28. "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə Mirtağı oğlu

29. "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin

30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam Musarza

31. "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov

32. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə Ədalət

33. “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar Nazim qızı

34.  Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil İsa

35.  Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım Yunus

36. "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb Vaqif

37. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə İlham

38. "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün Əzizağa qızı

39. "Qadın və Uşaq Sosial Təminatı" İctimai Birliyi, Dadaşova Firuzə Oktay qızı

40. "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay Fəzail qızı

41. El Qayğısı" Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur Famil

42. "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül Fərhad

43. "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur Vaqif"

44. Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma Abbas

45. "Azərbaycan Kənd Qadınları Assosiasiyası" ictimai birliyi Qənbərova Gülbəniz Rəşid

46. “Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyi Muxtarova Nərgiz Abutalıb

47. "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" ictimai birliyi Babayeva Səkinə Rəşid

48. "Lider Qadınlar" İctimai Birliyi Yaqubova Arzu Fazil qızı

49. Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyi Mayisə Məmmədova Vaqif

50. "Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Mirzəyeva Tamella Mayis

51. Şəmkir Qadın Resurs Mərkəzi" ictimai birliyi Həsənova Arzu Məhəmməd

52. Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı Niyazi Mehdi Musa

53. "Qadın Konsensus Mərkəzi" ictimai birliyi Quliyeva Aynur Cama

54. Gənc hüquqşünas qadınlar hüquqi islahatlar uğrunda ictimai birliyi Şəfa Camalzadə

55. "Qadınlar Arasında Həmrəylik" ictimai birliyi Hüseynova Ruhəngiz Bəşir

56. "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Əzizova Natəvan Sahibəli

57. "Vəfa" Ziyalı Qadınlar ictimai birliyi Cavadova Əsmayə İsməli

58. "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Babayeva Şəhla Akif

59. “İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyi Nəbiyeva Ziba Vasif

60. “Qadın Haqları və Gender Bərabərliyi” ictimai birliyi Əhmədova Ayişə Xaqani

61. Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Xəzanə Orucova

62. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi Xəlilova Lyudmila Qoca qızı

63. “Mirzə Ələkbər Sabir” fondu Sevda Tahirli

64. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyi Gülayə Səfərova

65. "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi Mətanət Cəfərova

66. “İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi  Vüsalə Hüseynli

67. “XXI Əsrin Qadınları” İctimai Birliyi Mahirə Əmirhüseynova

68. “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi Roza Əliqızı

69. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi Səriyyə Cəfərova

70. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi Ceyhun Abdulov

71. "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyi Büllur Məmmədova

72. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Radə Abbas

73. “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi Xatirə Vəliyeva

74. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Mehriban Zeynalova

75.  “Xan Şuşinski” Fondu Bəyimxanım Verdiyeva

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR