CHP Ermənistanın təxribatını pisləyən bəyanat yayıb

CHP Ermənistanın təxribatını pisləyən bəyanat yayıb
# 27 sentyabr 2020 14:49 (UTC +04:00)

“Ermənistanın beynəlxalq hüquqa zidd olaraq atəşkəsi pozmasını və mülki şəxslərin ölümünə, yaralanmasına səbəb olan hücumunu qınayırıq. Cümhuriyyət Xalq Partiyasının (CHP) hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bir daha vurğulayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, CHP-nin Ermənistanın hərbi təxribatları ilə bağlı yaydığı bəyanatında əksini tapıb.

Bəyanatda təmas xəttində baş verənlərdən narahatlıq keçirildiyi bildirilib.

Qeyd olunub ki, Ermənistanın təcavüzkar hücumlarına dərhal son qoyulmalı, sülhün bərqərar olması üçün ilk növbədə, Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR