Dünən Cenevrədə həmsədrlərlə görüşən Ceyhun Bayramov bu gün Moskvaya gedir

Dünən Cenevrədə həmsədrlərlə görüşən Ceyhun Bayramov bu gün Moskvaya gedir
# 09 oktyabr 2020 12:28 (UTC +04:00)

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR