Ermənistanın xahişi ilə Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verilib, Ağdam və Laçının boşaldılması üçün verilən vaxt isə qüvvəsində qalır

#
# 14:56
15 noyabr 2020

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın boşaldılmalı idi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sadəcə, Ermənistanın tərəfinin xahişi ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib: “Ağdam və Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma isə qüvvədə qalır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR