Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır

Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır
# 04 oktyabr 2020 17:50 (UTC +04:00)

Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır.

APA-nın xəbərinə görə, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 16 yaşlı Abdullayev Məleykə Tapdıq qızı, 10 yaşlı Əliyev Turqay Azər oğlu, 9 yaşlı İbrahimov Fərid Faiq oğlu, 7 yaşlı İbrahimova Banu Faiq qızı, 4 yaşlı Hacıyev Malik Aman oğlu və 1 yaşlı Eyubova Zəhra Xəyyam qızı yaralanıb.

Qeyd edək ki, Gəncə şəhərinin bu gün səhər Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR