Hikmət Hacıyev: “Ermənistan yalvararaq, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”

Hikmət Hacıyev: “Ermənistan yalvararaq, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
# 11 oktyabr 2020 13:35 (UTC +04:00)

“Möhtərəm cənab prezidentin tapşırığı əsasında bu barbarlığı, bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi: “Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR