Jurnalistlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə baş çəkiblər - FOTO

Jurnalistlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə baş çəkiblər - FOTO
# 28 aprel 2021 14:30 (UTC +04:00)

Jurnalistlər Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində olublar.

APA-nın əməkdaşı xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən dağıdılmış, sökülmüş məscidə baxış keçirib, erməni vandalizminin izlərini gözləri ilə görüblər.

Bildirilib ki, ermənilər tərəfindən dağıdılan məscid birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu hesabına yenidən bərpa olacaq.

Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət komissiya məscidin mövcud binasını qiymətləndirib. Məscidin sxem əsasında əvvəlki görkəmində bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidində olublar.

Onlar üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər.

Əlavə edək ki, media nümayəndələrinin Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə bu gün Cəbrayıl və Zəngilan rayonlarına media-turu təşkil olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR