Prezident İlham Əliyev: “Ermənistan atəşkəsdən istifadə edərək bizə yeni hücumlar təşkil etdi, ancaq bütün bu hücumlar dəf edildi”

#
# 17:34
15 oktyabr 2020

“Biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən atəşkəslə bağlı bizə müxtəlif yerlərdən mesajlar gəlirdi və təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları var, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki,  atəşkəs rejiminin tətbiq edilməsini bir əsas səbəbi humanitar məsələlərdir: “Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlb etdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək, bunu istismar etmək üçün bizə yeni hücumlar təşkil etdi. Bu, təkcə Gəncə şəhərinin bombalanması deyil - bu hərbi cinayətdir, bu, terror aktıdır. Və Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi. Eyni zamanda döyüş meydanında da... Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücumlar təşkil etdilər və Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər. Orada çox böyük can itkisi və silah itkisi olmuşdur. Digər istiqamətlərdə Cəbrayıl rayonunda-Cəbrayılın şimal istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdi. Bütün bu hücumlar təbii ki, dəf edildi. Ancaq bu onu göstərir ki, Ermənistan danışıqlar stolu arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Zatən döyüşlərin ilk saatlarından mən onlara müraciət edərək və erməni xalqına müraciət edərək demişdim ki, sülh yolları ilə bu torpaqlardan çıxın ki, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Və bu gün döyüş meydanında erməni ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi siyasi rəhbərliyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR