Putin: “Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün hər şeyi edir"

Putin: “Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün hər şeyi edir"
# 04 noyabr 2020 17:15 (UTC +04:00)

“Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün özündən asılı olan hər şeyi edir və edəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşündə deyib. 

“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı münaqişənin tez bir zamanda bitməsi, insanların həyatının qorunub saxlanılması üçün özündən asılı olan hər şeyi edir. Qarabağdakı münaqişədə tərəflərin qarşılarına qoyduğu məqsədlərə sülh yolu ilə də nail olmaq olar. Bütün hallarda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.

 

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR