Azərbaycan Prezidenti Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
# 29 mart 2010 20:21 (UTC +04:00)
APA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

Əsədullayev Ədalət Hüseyn oğlu - Əks-kəşfiyyat Baş İdarəsinin rəisi
Quliyev Elçin İbrahim oğlu - Antiterror Mərkəzinin rəisi
Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - İstintaq Baş İdarəsinin rəisi
Sultanov Şahin Sultan oğlu -Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası rəisinin tədris işi üzrə birinci müavini

Dövlət başçısının digər Sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilib. APA-nın AzərTaca istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Şəfiyev Əli Sabir oğlu - general-mayor
Bağırov Namiq Sahib oğlu - general-mayor

“Vətən uğrunda” medalı ilə

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
Yaqubov Məzahir Şahbala oğlu - tibb xidməti polkovniki
Axundov Vaqif Tofiq oğlu - polkovnik-leytenant
Vəliyev Pərviz Şamir oğlu - polkovnik-leytenant
Babayev Arif Vaqif oğlu - mayor

“İgidliyə görə” medalı ilə

Vahabov Fərhad Hüseyn oğlu - general-mayor
Həmidov Nizaməddin Baba oğlu - polkovnik
Həsənov Şahin Məmmədrəhim oğlu - polkovnik-leytenant
Əliyev Elsevər Həsən oğlu - mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Qurbanov Sübahir Xalıq oğlu - polkovnik
İsmayılov Allahverən İbiş oğlu - polkovnik
Əkbərov Qədir Qurban oğlu - polkovnik
Hacıyev Tofiq Əkrəm oğlu - polkovnik
Mustafayev Kamran Əhməd oğlu - polkovnik-leytenant
Hacıyev Rəhim Tarix oğlu – kapitan
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR