Valeh Ələsgərov: “REC Xartiyasının ratifikasiyasında heç bir problem yoxdur”
14 dekabr 2006 10:07 (UTC +04:00)
“Azərbaycan-Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin son toplantısının yekunlarını qənaətbəxş hesab etmək olar”. Bu açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisini vitse-spikeri Valeh Ələsgərov verib. O, Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın genişlənməsini arzuladığını bildirib. “Avropa parlamenti ilə artıq xeyli müddətdir ki, əməkdaşlıq edirik. Biz bu əməkdaşlığın genişlənməsini arzulayırıq. Bu toplantıda müzakirə olunan əsas məsələlərdən biri də parlamentlər arasında münasibətlərin genişləndirilməsi idi. Düzdür, müzakirə olunan bəzi məsələlərdə fikir ayrılığı olsa da, ümumilikdə toplantının səmərəli keçdiyini söyləmək olar”. Valeh Ələsgərov REC Xartiyasının ratifikasiyası ilə bağlı heç bir problem olmadığını deyib. “Azərbaycan tərəfi bununla bağlı öz təkliflərini artıq verib. Xartiyanın imzalanması ilə bağlı hansı çətinlik ola bilər ki? İndiyə kimi çoxsaylı sənədlər imzalayıb və icra etmişik, bu sənəd də ratifikasiya olunub, icra ediləcək”. /APA/
Daxili siyasət
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
11:50
25 aprel 2024