Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyalarının Bakıda nəzərdə tutulan birgə iclası təxirə salınıb

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyalarının Bakıda nəzərdə tutulan birgə iclası təxirə salınıb
# 21 dekabr 2006 09:20 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna xarici işlər nazirinin müavini, dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyasının sədri Georgi Mancqaladze məlumat verib. Onun sözlərinə görə, ekspertlər səviyyəsində hər həftə sərhədyanı ərazilərə səfərlər təşkil olunur, sərhəd xəttində dəqiqləşdirmələr aparılır. Mancqaladze yaxın günlərdə iki ölkənin delimitasiya və demarkasiya komissiyalarının birgə iclasının keçirilməsinin nəzərdə tutulmadığını deyib. Qeyd edək ki, Gürcüstanın baş naziri Zurab Noğaydelinin Bakıya son səfəri zamanı sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olan komissiyanın iclasının dekabrın sonunda Bakıda keçirilməsi barədə razılıq əldə olunmuşdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR