AXCP-nin Xaqani 33-dəki ünvandan çıxarılması zamanı baş verən pozuntularla bağlı DİN-də araşdırma aparılır

AXCP-nin Xaqani 33-dəki ünvandan çıxarılması zamanı baş verən pozuntularla bağlı DİN-də araşdırma aparılır
# 21 dekabr 2006 16:07 (UTC +04:00)
“Daxili İşlər Nazirliyində AXCP-nin binadan çıxarılması zamanı baş vermiş pozuntular və əmlakın yararsız hala salınması ilə bağlı müəyyən araşdırmalar başlanıb”. Bu açıqlamanı APA-ya AXCP sədri Əli Kərimli verib. Onun sözlərinə görə, məsələ ilə bağlı həm DİN-ə, həm də Respublika Prokurorluğuna müraciət edilib. Müraciətlə bağlı AXCP rəhbərliyinin DİN-ə dəvət olunduğunu söyləyən Ə. Kərimli Respublika Prokurorluğunun heç bir cavab verməməsindən təəssüfləndiyini deyib: “Bizim bütün əmlakımız götürülüb və yararsız hala salınıb. Amma yararsız hala düşməyənlərdən də hazırda istifadə edə bilmirik. Hüquq müstəvisində mübarizəni davam etdiririk. Artıq məhkəməyə müraciət olunub. İqtisad Məhkəməsinin qərarı ilə bağlı apellyasiya şikayəti hazırlanıb, amma qətnamə bizə verilmədiyinə görə ərizəni məhkəməyə təqdim edə bilmirik”. Ə. Kərimli bildirib ki, AXCP-nin Xaqani 33-dən qanunsuz çıxarılması, əmlakının yararsız hala salınması və partiyanın uyğun yerlə təmin olunması üçün məhkəməyə müraciət olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR