Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında protokol imzalanıb

Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında protokol imzalanıb
# 22 dekabr 2006 08:11 (UTC +04:00)
Sonra rusiyalı nazirin Azərbaycanın daxili işlər naziri Ramil Usubovla danışıqları olub. Görüş zamanı nazirlər hər iki ölkədə cinayətkarlıqla mübarizəyə dair məlumat mübadiləsi aparıb, əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə vəziyyətini, ictimai təhlükəsizliyin təmin olunması üzrə birgə səyləri, terrora, təhdidlərə və digər təhlükələrə qarşı fəaliyyətin gücləndirilməsi üzrə adekvat addımları müzakirə ediblər. Nazirlər MDB üzvü olan dövlətlərin Daxili İşlər nazirliklərinin 2010-cu ilə qədər əməkdaşlığının inkişaf konsepsiyasının həyata keçirilməsi çərçivəsində MDB məkanında cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
R.Usubov Azərbaycanla Rusiya arasında tarixi əlaqələrin olduğunu və iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib. Nazir transmilli mütəşəkkil cinayətkarlığa, silahların, radiaktiv maddələrin və narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə üzrə görülən qarşılıqlı tədbirləri yüksək qiymətləndirib, onların səmərəli olduğunu bildirib.
R.Nurqaliyev isə qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq artıq öz bəhrəsini verir: “Ötən il Azərbaycanda cinayət törədib Rusiyada gizlənən 58 Azərbaycan vətəndaşı ölkəsinə təhvil verilib”. Rusiyalı nazir sərhədyanı bölgələrdə cinayətkarlığa qarşı mübarizənin əhəmiyyətli olduğunu vurğulayıb, əməkdaşlığın daha da effektli olacağına ümid etdiyini bildirib. Rusiyanın Polis Akademiyasında təhsil alan 87 azərbaycanlı kursantla görüşdüyünü deyən R.Nurqaliyev onların peşəkar kadr olacağına inandığını söyləyib.
Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin 2007-2008-ci illərdə qarşılıqlı əlaqələrinə dair protokol və birgə bəyanat, Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsi və Rusiya Daxili Qoşunlarının Baş Komandanlığı arasında əməkdaşlıq haqqında protokol imzalandıqdan sonra görüş bağlı qapılar arxasında davam etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR