Kristian Ştrohal MSK sədri Məzahir Pənahovla görüşüb

Kristian Ştrohal MSK sədri Məzahir Pənahovla görüşüb
# 22 dekabr 2006 15:56 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun fəaliyyəti ilə maraqlanan K. Ştrohal ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı MSK-nın bir sıra işlər gördüyünü, əməkdaşlığın davam etməsini vacib sayıb. K. Ştrohal xüsusilə şikayətlərə baxılma qaydası ilə bağlı təlimatın üzərində yenidən işləməyi təklif edib. M. Pənahov isə öz növbəsində MSK-nın 64 dairədə monitorinqlər apardığını və yanvardan başlayaraq digər dairələrdə də bu kimi tədbirlərin həyata keçirələcyini qeyd edib. Şikayətlərə baxılma qaydası ilə bağlı məsələyə gəldikdə, M. Pənahov 2005-ci il parlament seçkiləri öncəsi Venesiya Komissiyası ilə birgə təlimatın hazırlandığını xatırladıb: “Amma sonrakı proseslərdə bu qaydalara partiyaların narazılıq etdiyini gördük və buna görə Venesiya Komissiyasına yenidən müraciət etmişik. Təlimatın təkmilləşdirilməsinə ehtiyac olarsa, o zaman biz bu addımı atacağıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR