“İnsan hüquqları Azərbaycan qanunvericiliyində: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
23 dekabr 2006 09:58 (UTC +04:00)
Bu gün Milli Məclisin İnsan hüquqları daimi komissiyası “İnsan hüquqları Azərbaycan qanunvericiliyində: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova deyib ki, XXI əsrdə insan hüquqlarının qorunması əsas tələblərdən biridir. Onun sözlərinə görə, dövlətlərin bu məsələyə münasibəti bir-birindən fərqlənir. R. Aslanova insan hüquqlarının qorunmasında Azərbaycanın demokratik prinsiplərə əsaslandığını deyib: “İnsan hüquqları ilə bağlı milli qanunvericilik bazası yaradılıb. 1995-ci ildə qəbul edilən Konstitusiyanın bir çox müddəaları insan haqları ilə bağlıdır”. Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov Azərbaycanda hüquq və azadlıqların qorunmasında hüquq-mühafizə orqanlarının da üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Nazir müavini Azərbaycanın insan hüquqlarının qorunması ilə bağlı mövcud olan bir çox beynəlxalq konvensiyalara qoşulduğunu qeyd edib. /APA/
Daxili siyasət
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024
YAP sədrinin müavini parlament seçkilərinin vaxtının irəli çəkilməsi məsələsinə münasibət bildirib
10:39
10 may 2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:00
10 may 2024
Bir daşın hekayəsi – Dühadan qalan möcüzə - VİDEO
21:49
9 may 2024