ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müşavirinin köməkçisi Maykl Kotler ANAMA rəhbərliyi ilə görüşüb

ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müşavirinin köməkçisi Maykl Kotler ANAMA rəhbərliyi ilə görüşüb
# 12 fevral 2007 15:42 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müşavirinin köməkçisi Maykl Kotler Azırbaycanda Minaların Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə ANAMA rəhbəri Nazim İsmayılov təşkilatın fəaliyyəti haqqında qonaqlara məlumat verib. Daha sonra görüşdə ANAMA-nın fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Maykl Kotler Azərbaycana səfərinin əsas məqsədinin Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq məsələlərinin müzakirəsi olduğunu deyib. O, ANAMA-nın fəaliyyətindən razılıq edib. Nazim İsmayılov ANAMA-nın büdcəsinin 80 faizinin ABŞ hökumətinin ayırdığı yardım hesabına formalaşdığını, Vaşinqtonun bu təşkilata həmişə köməklik etdiyini deyib. Onun sözlərinə görə, 2008-ci ildə ildə ANAMA 6 milyon kvadratmetr ərazidə minalardan təmizləmə işi aparmağı planlaşdırır. Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən ANAMA rəhbəri dünyanın müxtəlif ölkələrində, o cümlədən Əfqanıstanda minatəmizləmə əməliyyatlarında ABŞ-a yardım göstərməyə hazır olduğunu deyib. O, müxtəlif ölkələrdə minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə ANAMA-nın təlim mərkəzlərində treninqlər keçə biləcəklərini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR