AMİP qərargahdan çıxarılıb

AMİP qərargahdan çıxarılıb
# 28 mart 2007 15:34 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) icarəyə götürdüyü qərargahdan çıxarılıb. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, “Bakı Soveti” metrostansyasının yaxınlığında yerləşən binanın istifadəsi üçün bağlanmış 1 illik icarə müqaviləsi başa çatdıqdan sonra bina sahibi müqavilənin müddətini uzatmaqdan imtina edib və qərargahı tərk etməyi tələb edib. A. Rüstəmov partiyaya məxsus əşyaların qərargahdan çıxarıldığını və AMİP-in Nəsimi rayon təşkilatının ofisinə daşındığını bildirib. Onun sözlərin görə, partiya bir müddət burada fəaliyyət göstərəcək, eyni zamanda qərargahla təmin olunması istiqamətində mümkün addımları atacaq. Partiya sədri müvafiq dövlət qurumlarının binaları qarşısında qərargah tələbi ilə aksiyaların keçiriləcəyini də istisna etməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR