Azərbaycan-Rusiya sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə toplantısı heç bir sənəd imzalanmadan başa çatıb

Azərbaycan-Rusiya sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə toplantısı heç bir sənəd imzalanmadan başa çatıb
# 28 mart 2007 16:45 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının birgə toplantısı başa çatıb. APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov toplantıdan sonra keçirilən brifinqdə bildirib ki, komissiyaların birgə sənəd imzalaması planlaşdırılsa da, bu, baş tutmayıb: “Azərbaycan-Rusiya sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının bu toplantısında dövlət sərhədinin razılaşdırılmamış 3 sahəsi üzrə müzakirələr aparıldı. Müəyyən məsələlərdə razılığa gəlsək də, mövqelərimizi tam yaxınlaşdıra bilmədik. Dəqiq tarixini müəyyənləşdirməsək də, qərara aldıq ki, növbəti görüş Rusiya Federasiyasının ərazisində, ənənəvi olaraq Dağıstanda keçirilsin”. Görüşü müsbət qiymətləndirən X. Xələfov delimitasiya prosesini başa çatdırmaq üçün Azərbaycan və Rusiya prezidentlərində iradə olduğunu söyləyib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko da qeyd edib ki, komissiyaların tərkibindəki ekspert qrupları fəaliyyətlərini davam etdirəcəklər: “Əminəm ki, mövqelərin üst-üstə düşəcəyi gün uzaqda deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR