Hüseyn Paşayev: “Eldar Sabiroğlu YAP-ın üzvü deyil”

Hüseyn Paşayev: “Eldar Sabiroğlu YAP-ın üzvü deyil”
# 02 may 2007 11:53 (UTC +04:00)
“Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının üzvü deyil və hazırda onun bu partiyanın üzvü olduğunu təsdiq edəcək vəsiqə yoxdur. O, birinci qurultaydan sonra iddiaları ilə partiyadakı mövqeyi üst-üstə düşmədiyi üçün partiya sıralarını tərk edib”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Bəzi mətbuat orqanlarının yalnış olaraq YAP-ın Mərkəzi Aparatının keçmiş şöbə müdiri, sabiq millət vəkili E. Sabiroğlunu YAP üzvü və “91-lər”dən biri kimi təqdim etdiyini bildirən H. Paşayev “onun 91-lər”dən olmadığını da söyləyib: “Bu, bir sıra mətbuat orqanlarının YAP və “91-lər”ə qarşı tutduqları ikili mövqenin tərkib hissəsidir. Eldar Sabiroğlu YAP-a 1991-ci ildə yox, 1994-cü ildə üzv qəbul edilib. Onun partiyadan uzaqlaşmasına səbəb isə Siyasi Şuranın üzvlüyünə seçilməməsi olub”. H. Paşayev YAP-da “91-lər”ə qarşı xüsusi kampaniyanın aparılması, onların sıxışdırılması və vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumatların da həqiqətə uyğun olmadığını qeyd edib: “Partiyada “91-lər”ə ögey münasibət yoxdur”.
Hazırda Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan E. Sabiroğlu isə məsələyə münasibətini bildirmək istəməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR