Naxçıvanda Heydər Əliyevin xatirəsi kütləvi şəkildə anılır

Naxçıvanda Heydər Əliyevin xatirəsi kütləvi şəkildə anılır
# 08 may 2007 12:52 (UTC +04:00)
Naxçıvanda Heydər Əliyevin xatirəsi kütləvi şəkildə anılır. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar Muxtar Respublikanın müxtəlif bölgələrində tədbirlər keçirilir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, mayın ilk ongünlüyündə müxtəlif mədəniyyət müəssisələrində mahnı və şeir müsabiqələri təşkil olunub. Naxçıvan MR Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq müxtəlif idman federasiyaları ilə birgə ayrı-ayrı idman növləri üzrə turnirlər keçirilib. Xatirə turnirlərinin keçirilməsi növbəti günlərdə də davam edəcək. Naxçıvan MR Təhsil Nazirliyi isə öz növbəsində müxtəlif təhsil ocaqlarında inşa və rəsm müsabiqələri keçirir. Bundan əlavə, müxtəlif təşkilatların tərkibində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyaları”nın növbəti məşğələləri də onun doğum gününə həsr olunub. Mayın 10-da isə Heydər Əliyevin Naxçıvan şəhərindəki büstü nazirlik, idarə və təşkilatların əməkdaşları, həmçinin şəhər ictimaiyyəti tərəfindən ziyarət olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR