Demokratiya Uğrunda İttifaqın Əsasnaməsi quruma üzv olan partiyalara göndərilib

Demokratiya Uğrunda İttifaqın Əsasnaməsi quruma üzv olan partiyalara göndərilib
# 16 may 2007 14:49 (UTC +04:00)
“Demokratiya Uğrunda İttifaqın (DUİ) Əsasnaməsi hazırdır və müzakirə olunmaq üçün quruma üzv olan partiyalara göndərilib”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, əsasnamənin qəbul olunmasında DUİ-a üzv olan partiyalar arasında heç bir anlaşılmazlıq yaranmayıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya əsasnamənin 7 müddəadan ibarət olduğunu və qurumun fəaliyyət istiqamətlərinə uyğun müəyyənləşdirildiyini deyib: “Demokratiya Uğrunda İttifaqın əsas məqsədi müxalifətdaxili inteqrasiyaya nail olmaq, seçki və Qarabağ məsələsində vahid mövqeyə nail olmaqdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR