Terri Devis “Azadlıq” blokunun müraciətinə cavab verib

Terri Devis “Azadlıq” blokunun müraciətinə cavab verib
# 16 may 2007 15:27 (UTC +04:00)
Avropa Şurasının baş katibi Terri Devis “Azadlıq” blokunun Vətəndaş və İnkişaf Partiyasının (VİP) dövlət qeydiyyatı problemi ilə bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya məlumat verən VİP sədri Əli Əliyevin sözlərinə görə, baş katib cavabında blokun müraciəti ilə tanış olduğunu və problemlə yaxından maraqlanacağını deyib. Bundan başqa T. Devis VİP rəhbərliyinə partiyanın qeydiyyatına nail olmaq üçün siyasi mübarizə ilə bərabər hüquqi müstəvidə də mübarizə aparmağı məsləhət görüb. O, məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmasını da təklif edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR