Amnistiya Aktı 100-dək qadına şamil olunacaq

Amnistiya Aktı 100-dək qadına şamil olunacaq
# 05 noyabr 2021 13:26 (UTC +04:00)

“Amnistiya aktı daha çox hüquqi sənəddir. Ənənəvi olaraq Amnistiya qərarları bayram günləri ilə bağlı elan olunur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

Deputat bildirib ki, amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir: “Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR