Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq - VİDEO

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq - VİDEO
# 14 sentyabr 2021 20:47 (UTC +04:00)

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR