Baş nazir Əli Əsədov Türkiyə səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

© APA | Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

# 31 may 2021 19:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 31-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR