Deputat MM-in iclaslarının sayının artırılmasını təklif edib

Deputat Qüdrət Həsənquliyev

© APA | Deputat Qüdrət Həsənquliyev

# 02 iyul 2021 12:01 (UTC +04:00)

“Yaxşı haldır ki, cari məsələlərə parlamentdə vaxt ayrılır, əvvəl bu, yox idi. Amma cari məsələyə bəzən 20-30 nəfər yazılsa da, çıxış edə bilmir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O təklif edib ki, deputatları narahat edən məsələlərlə bağlı çıxışlara imkan yaradılmalıdır: “İclasların sayını artıra bilərik. Deputatlara şərait yaradılmalıdır ki, onları narahat edən məsələlərlə bağlı çıxış edə bilsinlər”.

Spiker Sahibə Qafarova isə bildirib ki, parlamentin iclasları demək olar ki, hər həftə keçirilir: “Hər dəfə təklif edirəm ki, kim çıxışa çatmasa, yazılı olaraq versin. Təəssüf ki, cari çıxışlara 30 dəqiqədən artıq vaxt verə bilməyəcəyik. Jurnalistlər də burdadır. Əgər kimsə çıxışa yazıla bilməsə, biz deputatlara da, jurnalistlərə də şərait yaradaq, onlar çıxışını cəmiyyətə çatdırsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR