Deputat: “Qanunlarda qeyd olunanlarla real vəziyyət fərqlidir” - VİDEO - YENİLƏNİB

Deputat Qüdrət Həsənquliyev

© APA | Deputat Qüdrət Həsənquliyev

# 31 may 2021 12:34 (UTC +04:00)

“Ötən il pandemiyanın təsirini azaltmaq üçün sahibkarlara, insanlara yardım edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ancaq bəzi dövlət məmurlarının səriştəsizliyi üzündən bu yardımların çatdırılmasında problemlər yaşanıb.

O digər problem kimi tenderlərin formal olaraq keçirilməsini qeyd edib.

Bunun qarşısını almaq üçün qanunvericilikdə hansı dəyişikliklər, təkmilləşmələr nəzərdə tutulduğuna aydınlıq gətirilməsini istəyən deputat ölkədə iqtisadi islahatların dərinləşdirilməsinin vacibliyini bildirib.

“Dövlətin tabeliyində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməli, biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır. Qanunlarda qeyd olunanlarla real vəziyyət arasında fərq var. Hökumət bununla bağlı araşdırma aparmalıdır”, - deyə Q. Həsənquliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR