DTX Ermənistanın sərhəddə son təxribatları ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib - VİDEO

DTX

© APA | DTX

# 16 noyabr 2021 16:25 (UTC +04:00)

"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır".

APA-nın xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra deyilir: "Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR